576 yanğına çıxış olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 576 yanğına çıxış, 46 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 69 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib.