Təlimlər martın 18-dək davam edəcək
Əməliyyat-taktiki təlimlərin rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti və xüsusi texnikası təlim bölgəsinə yola düşüb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, yerdən və havadan müşayiət ediləcək kolonların hərəkət marşrutlarında komendant xidməti təşkil olunub. Təlimlər martın 18-dək davam edəcək.