Ordumuzun əsgəri Gəncə hospitalını özbaşına tərk edib

Xəbərlər

26.08.2021 - 12:59

Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib

 

Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirib ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

 

Müəllif: Ayna.az