Öldürülən Haiti prezidentinin dəfn ediləcəyi tarix açıqlanıb

Dünya

17.07.2021 - 06:14

Həkimlər Klinikalar SEO Xidməti

22 iyulda vida mərasimi, 23 iyulda isə dəfn mərasimi keçiriləcək

 

İyul ayının 7-də sui-qəsd nəticəsində öldürülən Haiti prezidenti Jovenel Moizin dəfn ediləcəyi tarix açıqlanıb. O, 23 iyulda dəfn olunacaq.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və rabitə naziri Pradel Enrikes mətbuat konfransında məlumat verib.

 

“22 iyulda vida mərasimi, 23 iyulda isə dəfn mərasimi keçiriləcək”, - deyə o bildirib.

 

Nazir qeyd edib ki, dəfn mərasimi ailənin istəyi əsasında və qanuna uyğun şəkildə keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş