Təkər tullantıları yığılmış ərazidə baş verən yanğın söndürülüb
Bakının Xətai rayonunda təkər tullantıları yığılmış ərazidə baş verən yanğın söndürülüb. AYNA.AZ xəbəır verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edək ki, bu gün Xətai rayonunda, NZS qəsəbəsində təkər tullantıları yığılmış ərazidə yanğın başlayıb. Yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.