İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İsrail arasında, o cümlədən İran məsələsində fikir ayrılığının olmadığını bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə o “Fox News” telekanalına müsahibəsində deyib.
“Mən hesab etmirəm ki, aramızda fikir ayrılığı var. ABŞ bizi nümunəvi müttəfiq adlandırır, çünki bir çox digər müttəfiqlərdən fərqli olaraq biz sizinlə çiyin-çiyinə mübarizə aparırıq”, – deyə Netanyahu bildirib.
Baş nazir qeyd edib ki, hər iki ölkənin əsas məqsədi İranın nüvə silahı proqramından imtina etməsi, zənginləşdirilmiş uranın ölkədən çıxarılması və uranın zənginləşdirilməsi obyektlərinin sökülməsidir.