“Lakin yəhudi dövlətinin ABŞ-dan kənarda da çoxlu dostu var”
“ABŞ Prezidenti Donald Tramp İsrailin ən böyük dostudur. Lakin yəhudi dövlətinin ABŞ-dan kənarda da çoxlu dostu var”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın vitse-prezidenti C.D. Vensin tənqidlərinə cavabında deyib.
Qeyd edək ki, Vens yəhudi dövlətini ABŞ-ın dünyada "ən güclü müttəfiqi" olaraq qaldığını xatırlamağa çağırıb.
Netanyahu isə “Fox News”a deyib: "Mən Vensə hörmət edirəm, bizim çox yaxşı münasibətlərimiz var. Amma bu, onun dediklərinin hamısı ilə razı olduğum anlamına gəlmir. Həmçinin qeyd etməliyəm ki, Donald Tramp Ağ Evdə indiyə qədər gördüyüm ən böyük dostdur. Bizim başqa dostlarımız da var. Məsələn, 1,4 milyard insanın yaşadığı Hindistan adlı bir ölkə var və orada böyük dəstəyimiz var".
İsrail Baş nazirinin sözlərinə görə, bir çox dövlət başçısı hörmətlərini bildirmək və əməkdaşlıq təklif etmək üçün ona zəng edir: "Beləliklə, münasibətlər göründüyündən tamamilə fərqlidir və bizim çoxlu dostumuz var".