Anar Kərimov müalicə olunan qazi əməkdaşımızı ziyarət edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov erməni faşizmi üzərində tarixi zəfərimizin qəhrəmanlarından biri Abbas Abdullayev barədə məlumat yayıb.
AYNA-nın xəbərinə görə, Talıbov bildirib ki, A.Abdullayev nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının əməkdaşıdır. 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçən Abbas döyüşlərin birində yaralanıb.
Nazirlik rəsmisi qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov müalicə olunan qazi əməkdaşımızı ziyarət edib. Nazir müavini qazimizə göstərdiyi şücaətlərinə görə təşəkkür edib, tezliklə sağalaraq ayağa durmağı, öz iş yerinə qayıtmağı, fəaliyyətinə davam etməyi arzulayıb.