Müdafiə Nazirliyi: “Bu, düşmənin növbəti dezinformasiyasıdır”

Xəbərlər

15.10.2020 - 16:58

“Oktyabrın 15-də heç bir “Su-25” döyüş təyyarəsi havaya qaldırılmayıb”

 

“Ermənistan KİV-in Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır”.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir “Su-25” döyüş təyyarəsi havaya qaldırılmayıb.

Müəllif: Ayna.az