“Moskva ovunu buraxmır” - Pavel Lakiyçuk

Aktual

25.02.2022 - 15:22

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynalı analitik: “Putin bizim siyasətçilərin heç bir şəkildə bacarmadıqları işi bacardı - dilindən, milliyyətindən, dini və siyasi baxışlarından asılı olmayaraq, Ukrayna cəmiyyətini tam birləşdirdi”

Rusiyanın Ukraynaya təcavüzü davam edir. Hazırda Ukrayna ərazisində şiddətli döyüşlər gedir. Baş verənləri AYNA-ya tanınmış ukraynalı politoloq, “Strategiya XX” Qlobal Araşdırmalar Mərkəzinin eksperti Pavel Lakiyçuk şərh edib.

- Əvvəla ondan başlayaq ki, Rusiyanın qondarma “LXR” və “DXR”-in “müstəqilliklərini” tanıması faktını necə qiymətləndirirsiniz?

 - Bizim nöqteyi-nəzərimizə görə, Kreml ORDLO-nun (Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonları) "müstəqilliyini və suverenliyini" tanınması ilə bağlı səhnəciklər təşkil edir - Luqansk və Donetsk vilayətlərinin bu hissəsi onsuz da faktiki Moskvanın nəzarəti altında idi: 2014-cü ildən Rusiya ordusunun zabitləri bu ərazilərdə qeyri-qanuni silahlı birləşmələrə rəhbərlik edir, Moskva yaraqlıları silah, texnika və sursatla təmin edirdi.

Odur ki, tanınmamış respublikalarla hər hansı “fərman” və “müqavilə”lərin imzalanması yalnız mövcud status-kvonun qanuniləşdirilməsi aktıdır. Və təbii ki, bu, Rusiyanın Normandiya və Minsk danışıqları formatından yekun şəkildə çıxmasıdır. “Putin Minsk razılaşmalarını parça-parça etdi və bununla da dayanmayacaq”, - deyən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Tomas Qrinfildin bu bəyanatı ilə tamamilə razıyıq.

“DXR” və “LXR”-in “tanınmasının” təxribat olduğunu Rusiya liderinin mahiyyətcə təhqiredici çıxışının məzmunu da sübut edir. Nəticədə də ölkəmizə hücum üçün bəhanə əldə etdilər. Biz bu münaqişənin təxribatı olduğunu başa düşürük və ona uyğun reaksiya veririk. Biz Rusiyanın addımlarının müxtəlif variantlara hazırıq və təslim olmaq fikrində deyilik. Hər halda, dünya gözümüzün qabağında dəyişir - maskalar cırılıb, Qərb, bütün dünya ictimaiyyəti nəhayət, quzu dərisi altındakı canavarı gördü. Putin bir daha bizim siyasətçilərin heç bir şəkildə edə bilmədiyi işi bacardı - dilindən, milliyyətindən, dini və siyasi baxışlarından asılı olmayaraq, Kreml təhlükəsi qarşısında Ukrayna cəmiyyətini konsolidasiya etdi.

- Ukraynadakı Azərbaycan diasporunun bu yaxınlarda ölkənin ərazi bütövlüyünü dəstəkləməsi və Prezidentin ətrafında birləşməsini necə qiymətləndirirsiniz?

- Ukraynanın Azərbaycan diasporunun ölkənin bütün siyasi qüvvələrini fikir ayrılıqlarını bir kənara qoyub Prezident Vladimir Zelenskinin ətrafında birləşməyə çağırması belə, birliyin nümunələrindən biridir. Xalqın gücü xarici təhlükə qarşısında birlikdədir. Bunu dəfələrlə düşmən hücumundan sağ çıxan azərbaycanlılardan yaxşı kim bilə bilər ki? Biz Azərbaycana və Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə bütün qonşularımıza və tərəfdaşlarımıza minnətdarıq.

- Qarabağ separatçılarının və erməni müxalifətinin Rusiyanın “DXR” və “LXR”-in “müstəqilliyini” tanıması istiqamətində atdığı addımları alqışlaması ilə bağlı nə deyə bilərsiniz?

- Rusiyanın “DXR” və “LXR”-in “müstəqilliyini” tanıması istiqamətində addımlarını alqışlayan erməni müxalifəti və Qarabağ separatçılarının bəyanatlarına gəlincə - onların mövqeyi proqnozlaşdırılan və gözlənilən idi: o zamankı Rusiyanın dəstəyi ilə qonşusunun ərazisini işğal etməklə, onun milli orqanizmində anklav yaradanlar separatizmi dəstəkləməklə, dolayısı ilə öz hərəkətlərinə legitimlik verməyə çalışırlar. Digər tərəfdən, onlar artıq Rusiyaya “stavka” ediblər - artıq tələyə düşüblər, bundan sonra çıxmaq çox çətin olacaq. Moskva ovunu buraxmır.

Müəllif: Asif Aydınlı

Pin up casino Pin-up casino giriş