MN: Düşmənin 6 PUA-sı məhv edilib

Xəbərlər

21.10.2020 - 22:34

Anar Eyvazov düşmənin məhv edilən hərbi texnikası barədə məlumat verib

 

“Ötən müddət ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib”.

 

AYNA xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

 

Onun sözlərinə görə, düşmən xeyli itkilər verərək geri çəkilməyə məcbur edilib: “Çoxlu sayda silah-sursat bölmələrimiz tərəfindən ələ keçirilib. Düşmənin 6 PUA-sı məhv edilib. Azərbaycan Ordusunun üstünlüyü barədə düşmənin etiraflarını Ali Baş Komandanımız bundan əvvəl də vurğulayıb”.

Müəllif: Ayna.az