Mərkəzi Elmi Kitabxana açılıb

Mədəniyyət

15.10.2021 - 18:58

Pandemiyadan sonra kitabxanaya ilk daxil olan oxucuya 1 illik oxucu kartı təqdim edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) oktyabrın 15-dən etibarən fəaliyyətini yenidən bərpa edib.

MEK-dən AYNA-ya verilən məlumata görə, kitabxananın baş direktoru, professor Məmməd Əliyev pandemiyadan sonra MEK-ə ilk daxil olan oxucuya 1 illik oxucu kartı təqdim edib.

Qeyd edək ki, pandemiya ilə əlaqəli olaraq iki ilə yaxın idi ki, MEK oxuculara yerində fəaliyyətini dayandıraraq, onlayn şəkildə həyata keçirirdi. Qapılarını oxuculara yenidən açan MEK tərəfindən bir sıra yeniliklər də edilib. İlk dəfə olaraq, AMEA-nın əməkdaşları, magistrantları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçiriləcək.

Xatırladaq ki, MEK-dən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı olan şəxslər istifadə edə bilərlər.

Müəllif: Ayna.az