Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib

Mədəniyyət

24.01.2025 - 15:40

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib. AYNA AYNA APA-ya istinadən xəbər verir ki, qurultayda mədəniyyət naziri Adil Kərimli də iştirak edib.

Nazir çıxışında qurultay iştirakçılarına tövsiyələrini bildirib, ittifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bir sıra məruzələr dinlənilib.

Daha sonra sədr seçkisi olub. Səsvermə nəticəsində Xalq artisti Firəngiz Əlizadə yenidən ittifaqın sədri seçilib.

Qeyd edək ki, 75 yaşlı F.Əlizadə 2007-ci ildən Bəstəkarlar İttifaqına rəhbərlik edir.

Müəllif: Ayna.az