“Bakının qızları” mahnısının ifaçısı vəfat etdi - <font color=red> VİDEO</font>

Mədəniyyət

07.05.2020 - 11:11

Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib

 

60-cı illərin məşhur estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib. AYNA-nın xəbərinə görə, bu barədə Kulis.az-a sənətkarın yaxınları məlumat verib.

 

60-80-ci illər estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi C.Əliyev 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi teleradionun estrada orkestrinin, Rusiyada məşhur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.

 

Yaddaşlarda Oqtay Kazıminin “Bakının qızları” mahnısı ilə qalmış C.Əliyev səhnədə çox az müddətdə parlayıb.

 

Müəllif: Ayna.az