Əhməd İsmayılov: “Onlayn mediaya dəstəyin həyata keçirilməsi ilkdir”
“Çap və onlayn mediasına maliyyə dəstəyinin ayrılması ilə bağlı müsabiqələrin keçirilməsi peşəkar medianın formalaşmasına nail olmaqdır”. AYNA xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı (MEDİA) direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Agentlik bundan sonra da eyni dəstək layihələrini həyata keçirəcək.
Ə.İsmayılov qeyd edib ki, müsabiqədən öncə çap və onlayn medianın nümayəndələri ilə görüşlər keçirilib.
“Onlayn mediaya dəstəyin həyata keçirilməsi ilkdir. Biz ilk olaraq idman jurnalistikası üzrə saytlara və qəzetlərə də dəstək göstərdik”, - deyə MEDİA rəhbəri vurğulayıb.