Mədəniyyət kanalından yeni layihə: “Üçüncü zəng”

Mədəniyyət

18.09.2020 - 17:20

Həkimlər Klinikalar SEO Xidməti

Layihə Azərbaycanda teatr sahəsində çalışmış şəxslərə həsr olunub

 

“Mədəniyyət” kanalı yeni mövsümdə növbəti layihəsini təqdim edir. Sentyabrın 19-da ilk buraxılışı yayımlanacaq “Üçüncü zəng” ayda iki dəfə efirdə olacaq. Layihə Azərbaycanda teatr sahəsində çalışmış şəxslərə həsr olunub.

 

“Mədəniyyət” kanalından AYNA-ya verilən məlumata görə, əsas məqsəd bu sahəyə ömrünü həsr etmiş tanınmış simaların səhnə fəaliyyəti ilə yanaşı, pərdə arxasındakı yaşantılarını tamaşaçıya çatdırmaqdır.

 

“Üçüncü zəng”də tanınmış şəxslərin ailə üzvləri, teatr tənqidçiləri və həmkarları da sənətkar haqqında xatirələrini bölüşəcəklər.

 

Verilişin ilk sayı Xalq artisti Fuad Poladova, ikinci buraxılışı isə Xalq artisti Zərnigar Ağakişiyevaya həsr olunacaq.

 

Verilişə sentyabrın 19-u saat 21:30-da baxa bilərsiniz.

 

Verilişin ssenari müəllifi Mintac Elsevər, rejissoru Arzu Məmmədova, aparıcısı isə Rus Dram Teatrının aktrisası Həcər Ağayevadır.

Müəllif: Ayna.az