Azərbaycan incəsənətinə ağır itki

Mədəniyyət

20.07.2020 - 21:22

YUĞ Teatrının keçmiş direktoru vəfat edib

 

Azərbaycan teatr ictimaiyyətinə itki üz verib. AYNA xəbər verir ki, tanınmış teatr xadimi Cəbrayıl İsrafilov 69 yaşında vəfat edib. 

 

O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb. 
1991-2007-ci illərdə “YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb. 

 

C.İsrafilov, professor İsrafil İsrafilovun və YUĞ Dövlət Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun qardaşıdır.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az