Marketlər şəbəkəsinin “üçü birində” siyasəti: “Satıcı da bizik, fəhlə də, xadimə də”

Cəmiyyət

07.03.2020 - 10:00

Həkimlər Klinikalar SEO Xidməti

“Mağazaların daxilində mal qəbulu, təmizlik, kassa və digər bütün işlər eyni əməkdaşlar tərəfindən həyata keçirilir”

 

Paytaxtdakı “Al Market” mağazalar şəbəkəsində qəribə mənzərə hökm sürür. Belə ki, bu marketlərdə təmizlik işçiləri yoxdur, onların işini də satıcılar görürlər. Burada əvvəla sanitar-gigiyenik problem meydana çıxmaqla yanaşı, axşam saatlarında müştərilərə xidmət göstərilməsi də ayrıca sıxıntıya çevrilir. Yəni satıcılar bilmirlər ki, döşəməni silsinlər, yoxsa müştəriləri yola salsınlar.

 

AYNA əməkdaşı şəbəkəyə daxil olan bir neçə marketdə eyni mənzərənin şahidi olub. Bunun səbəbini soruşduqda satıcıların cavabları belə olub: “Hər işi bizə gördürürlər - fəhlə də, satıcı da, xadimə də özümüzük”.

 

Məsələ ilə bağlı sözügedən marketlər şəbəkəsinin sahibi olan “Azersun Holding”ə sorğu göndərdik. Sorğumuza verilən cavabı təqdim edirik: “Bütün dünyada fəaliyyət göstərən “discount” marketlərdə olduğu kimi, “Al Market”də də mağazaların daxilində mal qəbulu, təmizlik, kassa və digər bütün işlər eyni əməkdaşlar tərəfindən həyata keçirilir. Lakin bütün bu işlər mağazanın fəaliyyətinə və müştərilərin narahatlığına səbəb olmayacaq şəkildə görülməlidir. Mağaza personalları daim bu mövzularda məlumatlandırılır, onlara təlimlər keçirilir. Qeyd edilən məsələ ilə bağlı bütün “Al Market” əməkdaşlarına bir daha xəbərdarlıq edilib. “Al Market” müştəri məmnuniyyətinə xüsusi həssaslıqla yanaşaraq, hər zaman xidmət səviyyəsinin daha da yüksəldilməsinə çalışır. Müştərilərimizdən hər hansısa mağazada xoşagəlməz halla rastlaşdıqları halda [email protected] ünvanına məlumat verməklərini xahiş edirik”.

Təranə Xudabaxşiyeva

Pin up casino Pin-up casino giriş