Avropa Komissiyasının prezidentini Ceyhun Bayramov qarşılayıb
Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen iyulun 1-də Azərbaycana işgüzar səfər edib. AYNA.AZ xəbər verir ki, Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Leyeni hava limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşılayıblar.