Lavrov və Sobyanin Dövlət Dumasındakı mandatlarından istefa veriblər

Dünya

29.09.2026 - 16:29

Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb

Rusiya xarici işlər naziri Sergey Lavrov və Moskva meri Sergey Sobyanin Dövlət Dumasındakı mandatlarından istefa veriblər.

AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Bildirilib ki, parlament seçkilərinin qalibi elan edilmiş “Vahid Rusiya” Partiyasının namizədlər siyahısına başçılıq edən Sergey Lavrov, Sergey Sobyanin, Anna Lvova-Belova və hərbi jurnalist Yevgeni Poddubninin Dövlət Dumasındakı yerlərindən istefa veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş