Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində AQTA tərəfindən tədbirlər görülür
Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.