Diaqnostik sistem digər antigenləri də aşkar edə biləcək
Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinin (FTBA) mütəxəssisləri tərəfindən 27 dəqiqədə insanda koronavirusun mövcud olduğunu aşkar edə bilən cihaz yaradılıb.
AYNA Rusiya mediasına istinadən bildirir ki, FTBA-nın Translyasiya Təbabəti və İnnovativ Texnologiyalar İdarəsinin müdiri, tibb elmləri doktoru Darya Kryuçko cihazın əsasını izotermik amplifikasiya metodunun təşkil etdiyini deyib.
"Diaqnostika sistemi yüksək etibarlılıq dərəcəsi ilə 27 dəqiqə ərzində antigenin mövcudluğunu aşkar edir", - deyə o, bildirib.
Kryuçko vurğulayıb ki, təkmilləşdirildiyi təqdirdə, diaqnostik sistem digər antigenləri də aşkar edə biləcək.