Koronavirusa yoluxmanın 52 faizi Bakının payına düşür

Xəbərlər

08.12.2020 - 15:52

Yaqut Qarayeva: “Bu gün isə ölkə üzrə yoluxma faizi 25-dən yuxardır”

 

Azərbaycanda koronairusa yoluxmanın 52 faizi Bakı şəhərinin payına düşür. AYNA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

Y.Qarayeva vurğulayıb ki, iyun-iyul aylarında aparılan test nümunələrinə əsasən, yoluxma faizi 10 faizin altında olurdu: “Bu gün isə ölkə üzrə yoluxma faizi 25-dən yuxardır.

 

“Yoluxma faizində artım müşahidə edilir. İntensiv terapiya və reanimasiyalarda xəstələrin sayı iki dəfə çoxdur. Bu da bəzi tədbirlərin görülməsi üçün işarələrdir”, - deyə TƏBİB rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az