Koronavirus xəstəsi postda saxlanılıb

Xəbərlər

23.12.2020 - 17:10

Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır

 

Mingəçevirdə karantin postunda xidmət aparan polis əməkdaşları şəhərə daxil olmaq istəyən “KIA” markalı avtomobilin sürücüsünü planşet vasitəsilə yoxlayan zaman onun koronavirus xəstəsi olduğunu müəyyənləşdiriblər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, sürücü - Ağdam rayon sakini Füzuli Əliyev COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

 

O, Mingəçevir şəhərinə daxil olmaq istəyərkən saxlanılıb. Əraziyə təcili tibbi yardım briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib. F.Əliyev barəsində Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az