Koronavirus bugünədək 290 mindən çox insanın həyatına son qoyub

Dünya

13.05.2020 - 08:50

Koronavirus qurbanlarının sayı durmadan artır 

 

Dünyada koronavirusa yoluxanların sayı 4 254 302 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə Birləşmiş Ştatlarda federal, yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

 

Universitetin məlumatına görə, dünyada COVID-19-dan ölənlərin sayı 290 mini ötüb.

 

Dünyada koronavirusdan 291 334 insan ölüb, virusa yoluxmuş 1 483 198-dən çox insan sağalıb, COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 4 254 302 nəfərə çatıb.

Müəllif: Ayna.az