Kiyevin mərkəzində güclü partlayış olub

Dünya

28.09.2026 - 16:55

"Kiyevin mərkəzindəki bir obyektə hücum edilib”

Ukraynanın paytaxtı Kiyevin mərkəzində güclü partlayış baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times”ın Ukrayna müxbiri Kristofer Miller özünün “X” sosial media səhifəsində yazıb.

Jurnalist qeyd edib ki, "Kiyevin mərkəzindəki bir obyektə hücum edilib. Güclü partlayış baş verib, paytaxtın üzərində qara tüstü qalxıb".

"Strana.ua" nəşri isə məlumat yayıb ki, Kiyev sakinləri yanğını paytaxtdakı “Qızıl Qapı” abidəsi istiqamətində görə bilirlər.

Ukraynalı jurnalistlər də paytaxtın mərkəzində genişmiqyaslı yanğın barədə məlumat veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş