Kiyevə zərbə endirilib

Dünya

11.07.2026 - 09:59

Rusiya ordusunun hücumu nəticəsində 10 nəfər yaralanıb

Rusiya ordusu iyulun 11-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə hava zərbələri endirib. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, ölkənin Fövqəladə Hallar Xidməti hücum nəticəsində 10 nəfərin yaralandığını açıqlayıb.

Yaralananlar arasında 11 yaşlı uşaq da var.

Hücum zamanı Solomyanski rayonunda üçmərtəbəli ofis-anbar binasında, Dneprovski rayonunda isə anbar sahəsində yanğın baş verib.

Darnitski rayonunda raket yolun hərəkət hissəsinə düşüb, işıqforları idarə edən elektrik yarımstansiyası yanıb, yaxınlıqdakı yaşayış binalarının pəncərələri sınıb.

Yanğınlar söndürülüb, zədələnmiş ərazilərdə xilasetmə işləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş