Keçmiş kansler yeni vəzifəyə gətirilir

Dünya

02.04.2025 - 09:58

Həkimlər Klinikalar SEO Xidməti

Avstriya hökuməti AİB-ın vitse-prezidenti vəzifəsinə Nehammerin namizədliyini irəli sürüb

Avstriya hökuməti Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti vəzifəsinə keçmiş kansler Karl Nehammerin namizədliyini irəli sürüb. AYNA.AZ xəbər verir ki, bu barədə OE24 telekanalı məlumat yayıb.

“Avstriya Xalq Partiyasından olan Avstriyanın keçmiş federal kansleri Karl Nehammer hökumət tərəfindən AİB-ın vitse-prezidenti vəzifəsinə irəli sürülüb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, bu məlumatı Avstriya Maliyyə Nazirliyi də təsdiqləyib.

Xatırladaq ki, AİB Direktorlar Şurası bir prezident və səkkiz vitse-prezidentdən ibarətdir. Nehammerin namizədliyi nəhayət təsdiq olunarsa, o, sentyabrda vəzifəsinin icrasına başlayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş