Polisin şəhərlərarası daşımaları dayandırmaq üçün yol blokları qurması nümayişə səbəb olub
Qvineya Respublikasında yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərə qarşı təşkil olunan etiraz aksiyasında 7 vətəndaş ölüb. AYNA xəbər verir ki, ölkənin yerli mətbuatınının yazdığına görə, paytaxt Konakri və ətraf Coyah və Dubreka şəhərlərində ictimaiyyət, polisin şəhərlərarası daşımaları dayandırmaq üçün yol blokları qurmasına etiraz edib.
Müəyyən saatlarda elektrik enerjisinin kəsilməsinə də reaksiya bildirən etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.
Polisin nümayişçilərə müdaxiləsi nəticəsində 7 mülki şəxs həyatını itirib.
Qeyd edək ki, dünyanın ən kasıb ölkələrindən biri olan Qvineyada bu günə qədər 2298 nəfərdə koronavirus aşkarlanıb. 11 nəfər isə virusun qurbanı olub.