İtkin düşmüş 2 erməni əsgəri tapılıb

Dünya

23.12.2020 - 00:28

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya MN itkin düşmüş erməni hərbçilər barədə məlumat yayıb 

 

Rusiyalı sülhməramlılar itkin düşmüş hesab edilən iki nəfər Ermənistan vətəndaşını taparaq təhvil veriblər.

 

AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

 

Onun sözlərinə görə, dekabrın 21-də Hadrutda itkin düşmüş hərbçilərin axtarışı üzrə ortaq qrup iki nəfər Ermənistan vətəndaşını axtarış tədbirlərində iştirak edən Azərbaycan tərəfi ilə razılaşdırmaqla Ermənistana təhvil verib.

 

Rusiya MN sözçüsü itkin düşmüş şəxslərin axtarışlarının davam etdiyini və indiyədək “qaynar xətt”ə 528 müraciətin daxil olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş