İsrail Haniyənin Tehranda öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb

Dünya

24.12.2024 - 12:33

Həkimlər Klinikalar SEO Xidməti

“Tehran, Qəzza və Livanda Haniyə, Sinvar və Nəsrullaha etdiyimiz kimi, strateji infrastrukturlarını sıradan çıxaracaq, onların komandanlığının başını əzəcəyik”

İsrailin müdafiə naziri İsrael Katz ilk dəfə olaraq açıq şəkildə etiraf edib ki, iyul ayında İranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi İsrail ordusunun işidir. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Agentlik qeyd edib ki, belə bir bəyanat İsrailin Qəzzadakı müharibəsi və Livandakı münaqişə ilə sarsılan bölgədə İran və onun əzəli düşməni İsrail arasında gərginliyin artmasına səbəb ola bilər.

İsrail Müdafiə Nazirliyinin hazırkı rəhbəri çıxışında vurğulayıb: ““Husi” terror təşkilatı İsrailə raket zərbələri endirdiyi bu günlərdə onlara açıq mesaj vermək istərdim: biz HƏMAS-ı məğlub etdik, “Hizbullah”ı məğlub etdik, İranın gözünü kor etdik. Müdafiə sistemini və istehsal obyektlərini zədələdik, Suriyada Əsəd rejimini devirdik, “Şər oxu”na ciddi zərbə vurduq. Həm də Yəməndəki son müqavimət qrupu olan “husi” terrorçularına da ağır zərbə vuracağıq”.

“Tehran, Qəzza və Livanda Haniyə, Sinvar və Nəsrullaha etdiyimiz kimi, strateji infrastrukturlarını sıradan çıxaracaq, onların komandanlığının başını əzəcəyik. Biz bunu Hudeyda və Sənada edəcəyik”, deyə Katz Müdafiə Nazirliyinin hərbçilərinin şərəfinə keçirilən axşam çıxışında bildirib.

Yəməndə İranın dəstəklədiyi qrup iki ildən çoxdur ki, İsrailin dəniz blokadasını gücləndirmək üçün Qırmızı dənizdə ticarət gəmilərinə hücum edir. Onlar İsrailin 7 oktyabr 2023-cü ildən bəri davam edən Qəzzaya qarşı müharibəsində fələstinlilərlə həmrəylik nümayiş etdirdiklərini bəyan edirlər.

İyulun sonunda Fələstinin radikal HƏMAS qrupunun siyasi lideri Tehranda İran hakimiyyətinin İsraili günahlandırdığı hücumda öldürülüb. “Reuters” qeyd edir ki, o zaman İsrail Haniyənin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürməyib.

Haniyənin daimi yaşadığı yer Qətər olub və HƏMAS lideri burada özünü Fələstin diplomatiyasının siması kimi təqdim edib. Haniyə Qəzzada dolayı atəşkəs danışıqlarına vasitəçilik etmək üçün beynəlxalq səylərdə də iştirak edib.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş