İş saatlarının azaldılması təklif olunur - <font color=red> Həftədə 5 gün, 2 saat</font>

Maraqlı

20.06.2019 - 09:20

"Kompleksli, təminatsız və ya az məvacibli işlərdə çalışmaq da insanın zehni sağlamlığı üçün işsizlik qədər təhlükəlidir”.

 

Süni intellektin və robotların insanları əvəz etməsinin yaratdığı narahatlıqlara görə alimlər yeni tədqiqat aparıblar. Aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, zehni sağlamlığı ən yaxşı şəkildə qorumaq üçün həftədə ancaq bir gün işləmək lazımdır.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçıların fikrincə, həftədə 8 saat və ya daha az işləyən işçilərdə zehni problemlər riski 30 faiz azalıb. Digər tərəfdən, tədqiqatçılar 8 saatdan artıq çalışmağın psixi sağlamlığa xeyri ilə bağlı da heç bir dəlil tapmayıblar.

 

“Cambridge” və “Salford” universitetlərində sosioloqlar tərəfindən aparılan tədqiqat iş saatlarını azalda biləcək avtomatlaşdırılmış texnologiyanın müzakirə edildiyi bir vaxtda aparılıb.

 

Sosioloqlar 2009 və 2018-ci illər arasında Böyük Britaniyada yaşayan 70 mindən çox insanın sağlamlığının iş qrafikinə uyğun olaraq necə dəyişdiyini göstərən sorğunun nəticəsini araşdırıb. Araşdırmanın müəlliflərindən biri Dr.Brendan Burçell tədqiqatla bağlı bunları bildirib: “C vitamininin yuxu rejimindən tutmuş, bir çox şeyə faydalı olduğunu bilirik  və bunu yaxşı hiss edirik. Ancaq ilk dəfə iş saatları ilə bağlı bir sual gündəmə gəlib. Bilirik ki, işsizlik insanların rifahına ciddi zərər vurur, həmçinin kimliyinə, statusuna, vaxtına, kollektivlə münasibətinə mənfi təsir edir. İndi işləməyin psixoloji faydalarından yararlanmaq üçün neçə saat çalışmaq gərəkdiyinə dair məsləhətlərimiz də var”.

 

Texnoloji inkişafın bir çox peşələri yox edəcəyi qorxusu özü ilə bərabər gələcəkdəki işsizliyə dair önəmli mübahisələr yaradır. Tədqiqqatçılar da düşünürlər ki, önümüzdəki illərdə süni intellektin və robotların hazırda insanların gördüyü bir çox işin öhdəsindən gələ biləcəyinə şahid olacağıq. Buna görə də məşğulluğun azalacağı gələcəyə uyğunlaşmaqla bağlı bir neçə təklif irəli sürürlər. Bu təkliflər arasında 5 günlük iş və gündə yalnız iki saat işləmək, həmçinin illik tətillərin həftələrdən aylara uzadılması var.

 

Onu da qeyd edirlər ki, çox saat işləmək istəyənlər üçün isə iş saatları yenidən bölüşdürülməlidir: “İşsizliyin zehni və ümumi sağlamlığımıza zərərli olduğunu bilirik. Çalışmaq sizin üçün yaxşı ola bilər. Ancaq iş saatlarının azaldılması da sağlamlıq baxımından faydalıdır. Kompleksli, təminatsız və ya az məvacibli işlərdə çalışmaq da insanın zehni sağlamlığı üçün işsizlik qədər təhlükəlidir”.

 

Qeyd edək ki, ötən ay “Autonomy” adlı birlik də iqlim dəyişikliyiylə mübarizə aparmaq üçün iş saatlarının azaldılmasını təklif etmişdi. Quruluşun etdiyi araşdırmaya görə, həftədə 9 saata qədər azaldılan iş saatları karbon ifrazını əhəmiyyətli dərəcədə azalda bilər.

Müəllif: Ayna.az