İran Küveytdə yerləşən "Patriot" hava hücumundan müdafiə sistemi və sursat anbarına zərbə endirib
İran ABŞ-ın hücumlarına cavab olaraq Yaxın Şərqdəki Amerika hədəflərinə zərbələr endirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Press” TV məlumat yayıb.
Xüsusilə, İran qüvvələri Küveytdəki “Patriot” hava hücumundan müdafiə sisteminə, sursat anbarına və ABŞ hərbi radar obyektinə hücum etmək üçün dronlardan istifadə edib.
İslam Respublikası həmçinin Bəhreyndə hərbi rabitə obyektinə və radar obyektinə zərbələr endirib.
Bundan əlavə, Qətərdəki ABŞ-ın Əl-Udeyd hava bazasına, İordaniya və Omandakı hədəflərə ballistik raket zərbələri endirilib.
Qeyd edək ki, 12 iyul gecəsi Tehran Hörmüz boğazının bağlandığını elan edib. Bundan sonra ABŞ ordusu İrana qarşı hücumları bərpa edib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ üçüncü zərbə dalğasının bir hissəsi olaraq İranın 140 hədəfinə hücum edib.