Sədrəddin Soltan: “Xameneyi bir tərəfdən fraksiyanın yaradılmasına xeyir-dua verir, digər tərəfdən onu İranın bütövlüyünə zərbə adlandırır”
İranın Ali dini lideri Əli Xameneyi etnik və regional qruplaşmaları parlamentə zərər verən əsas amillərdən biri kimi dəyərləndirib. Bu isə azərbaycanlıların yaratdıqları Türk fraksiyasının parlamentdə təmsil olunması, nüfuz qazanması və dolayısı ilə azərbaycanlıların problemlərini işıqlandırması ehtimalını azaldır. Digər tərəfdən, son illər ərzində İranda Türk fraksiyasına qarşı kampaniya başladılıb. İstər dövlət, istər milli qruplaşmalar səviyyəsində azərbaycanlıların milli kimlik fəaliyyətlərinin qarşısı alınmağa çalışılır.
“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, iranşünas, politoloq Sədrəddin Soltan AYNA-ya açılamasında deyib ki, bu, təkcə Azərbaycan türklərinin məsələsi deyil, həm də ərəblərin, kürdlərin və digər etnik qrupların məsələsidir: “Hətta, kürdlər və bəluclar İranda, ümumiyyətlə konstitusiyanın dəyişdirilməsinin tərəfdarıdırlar. Onlar hesab edirlər ki, kürdlər və qalışlara qarşı həm də təriqət baxımından assimilyasiya siyasəti yürüdülür. O ki qaldı İran Parlamentindəki fraksiyalara, oradakı Türk fraksiyasının Azərbaycan türklərinin milli haqlarının təmin olunması baxımından heç bir əhəmiyəti yoxdur. O, boş və cəfəng bir qruplaşmadır. Belə ki, bir neçə il bundan əvvəl Azərbaycan türklərinin fraksiyası yaradılmışdı. Guya ki, onlar Azərbaycan türklərinin problemlərini həll edəcək platforma idilər. Amma onların fəaliyyətinin heç bir nəticəsi olmadı və heç bir əməli iş görə bilmədilər”.
Mərahim Nəsib
Pin up casino Pin-up casino giriş