“COVIRAN Bərəkət” adlı peyvəndin istehsalına start verilib
İranda yerli istehsal olan koronavirusa qarşı “COVIRAN Barekat” adlı peyvəndin kütləvi istehsalına start verilib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Qeyd edilib ki, vaksinin sınaqları hələ üçüncü mərhələdə olsa da, onun könüllülərə vurulmasına başlanılıb.
Koronavirus üzrə İran Elmi Şurasının rəhbəri Məhəmməd Moxbirin sözlərinə görə, sentyabradək 30 milyon dozadan çox “COVIRAN” peyvəndinin istehsalı planlaşdırılır.