Sanksiyalar səbəbindən 22 sentyabrdan uçuşların dayandırılması barədə qərar qəbul edilib
Azərbaycana uçan İran aviaşirkətləri uçuşları dayandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları"ndan (AZAL) bildirilib.
Məlumata görə, ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar, xüsusən də aviasiya sektoruna qarşı sanksiyalar səbəbindən 22 sentyabr 2026-cı il tarixindən etibarən İran aviaşirkətlərinin Azərbaycana uçuşlarının dayandırılması barədə qərar qəbul edilib.