İki sığorta şirkətinin lisenziyası ləğv edilib

Xəbərlər

05.01.2021 - 14:43

Fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 22-dən 20-ə düşüb

 

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Amrah Sığorta" və “AXA MBask” Sığorta Şirkəti ASC-lərin lisenziyaları ləğv olunub.

 

AYNA xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

 

Məlumata görə, bununla da Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 22-dən 20-ə düşüb.

Müəllif: Ayna.az