Hulusi Akar Bakıya gəlib

Xəbərlər

07.11.2021 - 18:17

Türkiyənin millimMüdafiə naziri Azərbaycana səfər edib

Noyabrın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Bakıya gələn Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb.

AYNA-ya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

Müəllif: Ayna.az