Hikmət Hacıyev: “Humanitar yardım altında Ermənistana raket sistemləri daşınır”

Siyasət

10.10.2020 - 22:34

Prezidentin köməkçisi Ermənistana raket sistemləri daşınmasına münasibət bildirib

 

Humanitar yardım adı altında “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.

 

“Bu, açıq şəkildə Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir”.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar