Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb
Hərbçimiz naməlum şəraitdə Ermənistan ərazisinə keçib. AYNA.AZ erməni mediasına iatinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzur vilayətinin Şəki yaşayış məntəqəsində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.
Bu barədə Azərbaycan tərəfinə də məlumat təqdim edilib.
Hazırda Ermənistan İstintaq Komitəsində faktla bağlı araşdırma aparılır.
Yaxın dəqiqələrdə məsələ ilə əlaqədar Azərbaycan tərəfinin də açıqlama yayacağı gözlənilir.