Gürcüstanda prezident seçkilərinin tarixi açıqlanıb

Dünya

26.11.2024 - 14:55

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə prezident seçkiləri dekabrın 14-də, andiçmə 29-da baş tutacaq

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından olan deputatları prezident seçkilərinin dekabrın 14-nə təyin edilməsi ilə bağlı qanun layihəsini dəstəkləyiblər.

AYNA gürcü mediasına istinadən bildirir ki, iclasda iştirak edən 80 deputatın hamısı layihənin lehinə səs verib. Əleyhinə səs verən olmayıb.

Qərara əsasən, seçkilər dekabrın 14-də, andiçmə isə dekabrın 29-da baş tutacaq.

Qanuna görə, prezident seçkiləri parlamentin ilk iclasından sonra 45 gün ərzində keçirilməlidir.

Parlamentin sədri Şalva Papuaşvili tələskənliyi konstitusiyanın mətni ilə izah edib. Onun sözlərinə görə, prezidentin 5 il müddətinə seçilməsi üçün həm seçkilərin, həm də andiçmə mərasiminin bu il baş tutması vacibdir. Əks halda, müddət əslində 6 il olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş