Fikrət Qoca dəfn olunub

Mədəniyyət

05.05.2021 - 15:57

Xalq şairi Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) I katibi, Xalq şairi Fikrət Qoca Birinci Fəxri Xiyabanda dəfn olunub.  AYNA xəbər verir ki, pandemiya səbəbindən Xalq şairi ilə vida mərasimi keçirilməyib.

 

Dəfn mərasimində F.Qocanın ailə üzvləri, az sayda ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

 

Xatırladaq ki, Xalq şairi bu gün 85 yaşında dünyasını dəyişib.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az