Əvəz Zeynallı vəfat edib

Xəbərlər

28.09.2026 - 13:40

Jurnalist bu gün dünyasını dəyişib

“Xural” media qrupunun rəhbəri, jurnalist Əvəz Zeynallı vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə jurnalistin yaxınları sosial mediada yazıblar.

Jurnalist bir neçə dəqiqə əvvəl evində dünyasını dəyişib.

Qeyd edək ki, jurnalist uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Üç gün əvvəl xəstəxanadan evə buraxılmış və müalicəsini evdə davam etdirirdi.

Xatırladaq ki, Əvəz Tapdıq oğlu Zeynallı 1 yanvar 1970-ci ildə Qərbi Azərbaycanın Krasnoselsk rayonunun Ağbulaq kəndində anadan olub.

Tənqidçi, araşdırmacı jurnalist, "Xural" media qrupunun rəhbəri, “Xural TV” “YouTube” kanalının təsisçisi, "Siyasət Meydanı" ictimai-siyasi verlişinin müəllifi və aparıcısı idi.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş