Əvəz Zeynallı dəfn edilib

Xəbərlər

29.09.2026 - 16:04

Jurnalist Kürdəxanı qəbiristanlığında torpağa tapşırılıb

“Xural” media qrupunun rəhbəri, jurnalist Əvəz Zeynallı dəfn edilib. AYNA.AZ xəbər verir ki, jurnalist Kürdəxanı qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Ə.Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib.

O, 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1988-ci ildə Ermənistandan deportasiya ediləndən sonra Türkiyədə ali təhsil alıb və müxtəlif mətbuat orqanlarında çalışıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş