Əsir düşən hərbçilərimizlə bağlı Avropa Məhkəməsinə müraciət edilib

Xəbərlər

20.11.2020 - 17:02

Həkimlər Klinikalar SEO Xidməti

Amin Musaev və Bayram Kərimov ermənilər tərəfindən qeyri-insani rəftara məruz qalıblar

 

Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. AYNA xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

 

“Bu gün əsir düşmüş Azərbaycan əsgərləri Amin Musaev və Bayram Kərimov ermənilər tərəfindən qeyri-insani rəftara məruz qalıblar. Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ünvanladım”, - deyə o qeyd edib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş