Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Siyasət

22.07.2020 - 21:16

Düşmən təxribatının qarşısı alınıb 

 

İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Qeyd edək ki, bu son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.

Müəllif: Ayna.az