Əminə Yusifqızı vəfat edib

Mədəniyyət

09.10.2025 - 15:33

Xalq artisti 89 yaşında dünyasını dəyişib

Xalq artisti Əminə Yusifqızı vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə Xalq artistinin yaxınları sosial mediada yazıblar.

Xatırladaq ki, Əminə Yusifqızı 1936-cı ildə Bakıda dünyaya gəlib.

1958-1974-cü illərdə Akademik Milli Dram Teatrında çalışıb.

1974-cü ildən etibarən "Azərbaycanfilm" kinostudiyasında dublyaj və səsləndirmə sahəsində çalışan Əminə Yusifqızı 200-dən çox filmdə səsləndirmə edib.

O, "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. kimi filmlərdə və televiziya tamaşalarında da rol alıb.

2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əminə Yusifqızı Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş