Elza Seyidcahanı döyən biznesmen həbs edilib

Xəbərlər

30.09.2021 - 16:13

Həkimlər Klinikalar SEO Xidməti

Həbs edilən iş adamı şəxs aclıq aksiyasına başlayıb

Müğənni Elza Seyidcahana zor tətbiq edən Rüstəm Kərimzadə həbs olunub. AYNA xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov “Facebook” səhifəsində paylaşım edib.

Vəkil bildirib ki, sentyabrın 29-da Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimzadə barəsində bir aylıq həbs qərarı çıxarılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə təqsirləndirilir.

E.Sadıqov həmçinin qeyd edib ki, həbs edilən şəxs aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsim Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R.Kərimzadənin ona zor tətbiq etdiyini bildirib.

Xatırladaq ki, Kərimzadə Rüstəm Fuad oğlu “ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş