"Elizabet Ledererin portreti" ABŞ-da 236 milyon dollara satılıb

Maraqlı

19.11.2025 - 12:02

Simvolist rəssam Klimtin rəsmi indiyə qədər hərracda satılan ən qiymətli müasir incəsənət əsəridir

Avstriyalı simvolist rəssam Qustav Klimtin "Elizabet Ledererin portreti" adlı əsəri Nyu-Yorkda keçirilən hərracda 236,4 milyon dollara satılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi satış barədə “X”də paylaşım edib.

Hərrac evinin məlumatına görə, rəsm indiyə qədər hərracda satılan ən qiymətli müasir incəsənət əsəridir.

"Elizabet Ledererin portreti" Klimtin ən varlı himayədarlarının qızını təsvir edir. Qız açıq, naxışlı xalatda təsvir olunub. Rəssam onu ​​ölümündən iki il əvvəl yaradıb.

Qustav Klimt məşhur avstriyalı rəssam və “Art Nouveau” üslubunun qurucularından biridir. O “Viana Secession” bədii birliyinin təsisçilərindən biri (1897) və prezidenti olub. Onun ən məşhur rəsmləri "Öpüş", "Cudit və Holofernes" və "Adele Blox-Bauerin portreti"dir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş