Əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirilib

Xəbərlər

23.07.2026 - 14:56

FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında əlilliyi olan və onlara qulluq edən şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair imzalanmış Birgə Fəaliyyət Planına uyğun olaraq FHN-in Şimal-Qərb Regional Mərkəzi tərəfindən Şəki Reabilitasiya Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

FHN-dən AYNA.AZ-a verilən xəbərə görə, tədbirin əsas məqsədi əlilliyi olan şəxslər və onlara qulluq edənlərdə təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı düzgün davranış vərdişlərinin formalaşdırılması və onların hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

Tədbir zamanı fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub.

Mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirilib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş